BAKI, TurkicWorld
Yaponiyanın cənub-qərbində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Tosima adası yaxınlığında, eyniadlı kəndin yaxınlığında yerləşib. Yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.