Bu gün saat 09:05 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində 1990 və 2001-ci il təvəllüdlü 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, şəxslərə ilkin zəruri tibbi xidmətlər göstərilib.
2001-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.
Vəziyyəti ağır qiymətləndirilən 1990-cı il təvəllüdlü şəxsin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:14-də ölüm faktı qeydə alınıb.
***
saat 10.43
Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib.
APA nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax- magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.