AZ

Saşa İliçin məşqçi korpusunda kimlər yer alacaq?

"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliç bu gün Azərbaycana gəlir.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, serbiyalı mütəxəssis axşam saatların artıq Bakıda olacaq.

"Kimyaçılar"a yaxın mənbədən bildirilib ki, onunla bir illik müqavilə imzalanacaq.

İliç özü ilə bərabər iki köməkçi də gətirir. Ümumiyyətlə, serbiyalının məşqçilər korpusunda iki həmyerlisi ilə yanaşı, Vurğun Hüseynov, Şahin Abdullayev və qapıçılar üzrə məşqçi Emil Balayev yer alacaq.

Qeyd edək ki, İliç Serbiyanın U-16, U-18 yığmalarında, eləcə də "Çukariçki", Bolqarıstanın MOİK (Sofiya) və Yunanıstanın "Atromitos" klublarında baş məşqçi kimi çalışıb. Onun son iş yeri isə Rusiya premyer Liqasında mübarizə aparan "Pari NN" olub. Serbiyalı mütəxəssis ötən ilin oktyabrında bu klubdan ayrılandan sonra işsiz qalıb.

İdman.biz

Seçilən
23
40
idman.biz

10Mənbələr