AZ

DİM "Magistr" jurnalındakı səhvlə bağlı açıqlama yayıb

Jurnalın 46-cı səhifəsində Bakı Ali Neft Məktəbinin “248279 Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) - Maliyyə (MBA, tədris ingilis dilində)” ixtisaslaşmasının təhsil haqqı texniki səbəblərdən səhvən 5000 əvəzinə 3000 göstərilib.

Bu barədə Operativ Media-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Qeyd olunan ixtisaslaşma üzrə təhsil haqqı 5000 manatdır.
 

Bakalavarların nəzərinə çatdırırıq ki, magistraturaya ixtisaslaşma seçimi 7 – 13 iyul tarixlərində həyata keçiriləcək.


«Magistr» jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Seçilən
1
50
operativmedia.az

10Mənbələr