AZ

İlon Mask “Amerika” partiyası ilə ABŞ-da siyasi sistemi dağıtmağa hazırlaşır – qədim yunan taktikasına əsaslanacaq

Milyarder İlon Mask yeni qurduğu “Amerika” partiyasının məqsədini açıqlayıb: ABŞ-da mövcud ikipartiyalı siyasi sistemi sarsıtmaq.

Musavat.com xəbər verir ki, Mask bu planını qədim yunan hərbi strategiyası ilə müqayisə edib.

O, Fiva sərkərdəsi Epaminondun Levktra döyüşündə spartalıları necə məğlub etdiyini nümunə göstərib. Epaminond qüvvələrini cəmləşdirərək düşmənin zəif nöqtəsinə zərbə vurmuşdu. Mask da bu modeli siyasi müstəviyə tətbiq etməyi planlaşdırır: “Biz də gücümüzü əsas nöqtələrə yönəldərək ABŞ Senatı və Nümayəndələr Palatasında nəzarəti ələ almaq niyyətindəyik”, – deyə o bildirib.

İlon Maskın bu bəyanatı ölkədə ciddi rezonans doğurub. Onun “Amerika” partiyasının ilk seçkilərdə hansı nəticələr göstərəcəyi böyük maraqla izlənilir. Bu, ABŞ siyasi tarixində nadir hallarda baş verən sistemə qarşı texnokrat çağırış kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
7
34
musavat.com

10Mənbələr