AZ

Mask “Amerika” adlı yeni siyasi partiya yaratdı


Amerikalı milyarder İlon Mask “Amerika” adlı yeni siyasi partiyanın yaradıldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu qərar, Maskın sahibi olduğu “X” platformasında keçirilmiş sorğudan sonra qəbul olunub.
4 iyul – ABŞ-nin Müstəqillik Günü münasibətilə Mask belə yazıb:
“Müstəqillik Günü — özünüzə sual vermək üçün əla vaxtdır: doğrudanmı siz iki partiyalı (bəziləri deyər ki, tək partiyalı) sistemdən azad olmaq istəyirsiniz?”
Maskın fikrincə, bu hədəfə çatmağın yollarından biri Senatda 2-3, Nümayəndələr Palatasında isə 8-10 yer qazanmaqdır.
“Bu, mübahisəli qanunvericilikdə həlledici səsə sahib olmaq üçün kifayət edərdi və nəticədə həmin qanunlar xalqın əsl iradəsini əks etdirərdi”, – deyə o bildirib.
Maskın keçirdiyi onlayn sorğuda 65%-dən çox istifadəçi yeni partiyanın yaradılmasını dəstəkləyib. Sorğudan bir gün sonra isə milyarder rəsmi olaraq partiyanın yaradıldığını bəyan edib.
Qetde dək ki, bu addım, İlon Mask ilə ABŞ Prezidenti Donald Tramp arasında yaşanan açıq münaqişənin ardınca baş verib. Mübahisə, Maskın Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən ayrılmasından sonra başlayıb. Mask, Trampın təqdim etdiyi büdcə və vergi azaldılması qanun layihəsinin uzadılmasından narazı qaldığını açıq şəkildə ifadə edib.
Tramp bu qanuna “böyük və gözəl qanun” desə də, Mask onu “iyrənc və dəhşətli bir qanun” adlandırıb. Onun sözlərinə görə, bu sənədin qəbul olunması ABŞ-nin onsuz da nəhəng olan milli borcunu daha da artıracaq.
3 iyulda ABŞ Konqresi bu qanun layihəsini qəbul edib və Tramp ona 4 iyul – Müstəqillik Günü imza atıb.
Qanun bunları nəzərdə tutur:
 - Hərbi xərclərin artırılması,
 - Miqrantların kütləvi deportasiyası üçün maliyyə ayrılması,
 - 4,5 trilyon dollar həcmində vergi xərclərinin azaldılması,
 - Sosial proqramların ciddi şəkildə kəsilməsi, o cümlədən:
 - Aşağı gəlirli insanlar üçün “Medicaid” dövlət tibbi sığortasının ixtisarı,
 - Federal ərzaq yardımı proqramlarının azaldılması.


Bəzi qiymətləndirmələrə görə, 12 milyon amerikalı tibbi sığortasını itirə bilər.
Seçilən
5
46
yeniavaz.com

10Mənbələr