AZ

"Bu dərdə görə hər vasitəyə əl atıram"

"Bu dərdə görə hər vasitəyə əl atıram""Bu gün hər zaman olduğu kimi səhər tezdən oyandım. Hər həftə sonu olduğu kimi sevdiyin insanları çağırmağı düşündüm, bazara getdim, sevdiyin şeyləri alıb evə qayıtdım. Aşıq Ədalət Dəlidağlını yığmaq üçün telefonu götürüb sizin yatdığınız otağa girdim, sənə demək üçün və o an sanki yuxudan oyandım, siz artıq yoxsunuz".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı ötən ay vəfat edən atası Hidayət Baxşəliyevlə paylaşdığı fotolara yazıb. O, dərdini unutmaq üçün hər vasitəyə əl atdığını bildirib:

"O qədər kədərliyəm, o qədər üzgünəm ki, izah etmək belə çətindir. Atacan, çıxart məni bu kədərdən, çıxart məni bu boşluqdan. Mən sənli günləri istəyirəm. Həftə sonları gözəl yeməklər bişirim sizə, sevdiyin insanları çağırım, danışaq, gülək, rəqs edək. Böyük bir boşluqdayam sənsiz. Səsin, gülüşün, duaların üçün çox darıxıram. Sənsiz canlı bir ölüyəm mən, yaraşıqlı atam. Səni qucaqlayıb bağrıma basıb öpmək istəyirəm. Məni qınamayın, mənə onsuz çətindir, sakitləşdirici dərmanlar belə məni yorub. O böyük insanın itkisini yaşamaq çox ağırdır. Bu dərdi unutmaq üçün hər vasitəyə əl atıram. Bir-iki dost daim yanımda dəstək verir, amma evə gələndə, o otağa daxil olanda hər şey yenidən başlayır. Bu sevgi, bağlılıq sadəcə övladla atanı birləşdirən bağ deyil. Mən ən yaxın dostumu, ürək sirdaşımı, yol göstərənimi itirmişəm və bu itki ilə barışmaq çox çətindir. Həyat davam edir, gülürəm, danışıram, işə gedirəm və s. Amma bu sadəcə görünəndir. Axşamlar göz yaşlarım sel olur, xatirələr, söhbətlər kino lenti kimi gözümün önündən keçir və o, yoxdur".

Qeyd edək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Seçilən
16
50
sonxeber.az

10Mənbələr