Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yeni mövsümə hazırlaşan "Neftçi" dünyamiqyaslı futbol ulduzu ilə güclənə bilər.
Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" Duqlas Koşta ilə danışıqlar aparırlar.
"Yuventus" və "Bavariya" kimi dünya nəhənglərinin formasını geyinmiş məşhur braziliyalı futbol azarkeşlərinə yaxşı tanışdır.
O, Almaniya nəhəngində keçirdiyi 97 görüşdə 15 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.
"Yuventus" formasında meydana çıxdığı 103 görüşə 10 qol, 21 məhsuldar ötürmə sığdıra bilib.
Braziliya millisində 31 oyun keçirmiş ulduz futbolçu 2024-cü ilin yayından "Sidney"də çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.