AZ

Dəniz suyunun temperaturu belə olacaq

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iyulun 7-də mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti olacaq.

Bizim.Media

Seçilən
4
49
bizim.media

10Mənbələr