AZ

Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…


ABŞ prezidenti Donald Trampla yollarını ayıran iş adamı İlon Mask yeni partiya qurduğunu açıqlayıb.

X sosial media hesabında paylaşım edən Mask bu açıqlamaları verib:

“Əgər siz 2-yə 1 nisbətində yeni siyasi partiya istəyirsinizsə, onu alacaqsınız!

Ölkəmizi israfçılıq və korrupsiya ilə müflis etmək məsələsinə gəlincə, biz demokratiya deyil, təkpartiyalı sistemdə yaşayırıq.

Bu gün Amerika Partiyası sizə azadlığınızı qaytarmaq üçün yaradılıb".

Xatırladaq ki, milyarder iş adamı bir müddət əvvəl Trampla yollarını ayırdıqdan sonra ölkədə yeni partiya yaratmaq ideyasını gündəmə gətirmişdi. Tramp isə Ağ Evdəki vəzifəsindən ayrılan və Konqresdə qəbul edilən vergi endirimi qanun layihəsini sərt tənqid edən Maskın açıqlamalarından çox məyus olduğunu bildirmişdi.

TAHİR

Seçilən
1
9
baki-xeber.com

10Mənbələr