"Biz bu gün dünyada baş verən hadisələri narahatlıq və ağrı ilə izləyirik. Təəssüf ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən çətinliklər yaranıb".
Publika.az xəbər verir ki, bu sözləri Dağıstanın rəhbəri Sergey Melikov özünün “Telegram” hesabında yazıb.
Melikovun paylaşımında deyilir:
"Amma əminəm ki, bütün bu çətinliklər xalqların maraqları nəzərə alınmaqla və münasibətlərimizin tarixinə hörmətlə, sülh yolu ilə həll olunacaq.
Belə çətin dövrlərdə vəziyyətdən öz mənafeləri üçün istifadə etməyə çalışanlar həmişə tapılır – Rusiyanı daxildən zəiflətmək, nifaq salmaq, qardaş xalqları bir-birinə qarşı qoymaq istəyənlər.
Xüsusilə bu, onillərdir yaxın qonşularıyla sülh və razılıq içində yaşayan çoxmillətli Dağıstana aiddir. Respublikamızda Azərbaycandan olan çoxlu insan yaşayır və onlar Dağıstanı öz evləri hesab edirlər. Bağlarımız coğrafiyadan daha dərin köklərə malikdir – tarix, qohumluq əlaqələri, mədəniyyət, birgə həyat. Vurğulamaq istəyirəm ki, Dağıstanda azərbaycanlılar yerli xalq sayılır!
Lakin hazırda bizi təhrik etməyə, münaqişələrə cəlb etməyə, sonradan peşman olacağımız hərəkətlərə yönəltməyə cəhdlər ola bilər. Bu, nə Dağıstana, nə Azərbaycana, nə də bütün Rusiyaya sülh və sabitlik arzulamayanların hiylələridir.