Milyarder İlon Mask ABŞ-ın Federal Seçki Komissiyasına Amerika siyasi partiyasını qeydiyyatdan keçirmək üçün ərizə verib.
Axar.az xəbər verir ki, müvafiq sənəd agentliyin portalında yerləşdirilib.
Məlumata görə, partiya Amerika (America Party, AMEP) Partiyası adlanacaq. Ərizə iyulun 6-da təqdim olunub.
Qeyd edək ki, iyulun 5-də Mask siyasi partiya yaradacağını bəyan edib.