İlon Mask "Amerika" siyasi partiyasının qeydiyyatı ilə bağlı ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edib.
Xezerxeber.az-ın xəbərinə görə, müvafiq sənəd qurumun portalında yerləşdirilib.
Bəyanata əsasən, partiya "Amerika" (America Party, AMEP) adlandırılacaq.
Müraciət 6 iyul tarixində göndərilib. Hazırda o, FEC-in müraciət və ərizələr reyestrində "emal edilməmiş" kimi qeyd olunur.