AZ

Tramp Texas ştatında daşqınla əlaqədar fövqəladə vəziyyət elan edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp güclü yağışlar və Qvadalupe çayınındaşmasının səbəb olduğu daşqınlardan ən çox zərər çəkən Texasştatının Kerr dairəsində fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social"sosial şəbəkəsində yazıb.

ABŞ prezidenti qeyd edib ki, fövqəladə vəziyyətin tətbiqi“fövqəladə hallar xidmətinin personalına təcili olaraq lazımiresursların ayrılmasına” imkan verəcək.

Son məlumatlara görə, Texasın mərkəz hissəsindəki daşqınlarnəticəsində azı 59 nəfər ölüb. Texas qubernatoru Qreq Abbot dahaəvvəl 850-dən çox insanın təxliyə edildiyini bildirib.

Seçilən
0
50
az.trend.az

10Mənbələr