Bakı. Trend:
3–4 iyul 2025-ci il tarixlərində Azərbaycan RespublikasınınXankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ciZirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin təşəbbüsü ilə “Davamlı və İqlimə dayanıqlı Gələcək naminəİƏT-in Yeni Baxışı” mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl 1iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏTQadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkiledilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, İƏT-in17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan XankəndiKommunikesi qəbul edilib.
Xankəndi Kommunikesində Azərbaycanın işğaldan azad edilmişQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpavə quruculuq işləri yüksək qiymətləndirilib.
Kommünikedə bununla yanaşı, Ermənistandan qovulmuşazərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ birdaha təsdiqlənib.
Zirvə görüşünün mövzusuna uyğun olaraq, İƏT-in gələcəkgündəliyində iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq əsasprioritetlər kimi müəyyən edilib.
İƏT regionunun qadın liderlərinin, Azərbaycan RespublikasınınBirinci vitse-prezidenti Mehriban Əliyevanın və TürkiyəRespublikasının Birinci xanımı Əminə Ərdoğanın ekolojitəşəbbüsləri, xüsusilə "SıfırTullantı" təşəbbüsü yüksəkqiymətləndirilib.
Kommünikedə İƏT Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması vəİƏT Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi vacib hesabedilib.
Sənəddə “İƏT Sərmayə”, Ticarət və Sənaye Palatalar Şurası, vahidinformasiya məkanı, İƏT Ticarət və İnkişaf Bankının mandatınıngücləndirilməsi dəstəklənib.
Dayanıqlı şəhərsalma və Bakıda növbəti il keçiriləcək ÜmumdünyaŞəhərsalma Forumunun (WUF13) əhəmiyyəti vurğulanıb.
Xankəndi Kommünikesi ilə aşağıdakı internet keçiddə tanış olmaqmümkündür: https://eco.int/wp-content/uploads/2025/07/5-065-25-1.pdf