AZ

Bakıda narıncı geyimdə özünü "kahin" deyən şəxsin kimliyi bilindi - Turist imiş...VİDEO

Bakının mərkəzi küçələrində xüsusi geyimli şəxs peyda olub.

Xezerxeber.az xəbər verir ki, iddialara görə, özünü "kahin" adlandıran həmin kişi insanlara yaxınlaşaraq onları terapiya etdiyini deyir və pul alır.

Sosial şəbəkələrdə yayılan kadrlardan da aydın görünür ki, özünəməxsus geyimdə Bakı küçələrində dolaşan şəxs insanlara yaxınlaşır, rastlaşdıqları adamların əvvəlcə əllərindən tutur, hansısa naməlum bir neçə hərəkət edir.

Daha sonra isə adətən həmin şəxslərə qolbaq verir və qarşılığında pul istəyir.

Paytaxt sakinləri bildirirlər ki, bu cür insanlarla rastlaşdıqda, əvvəl hərəkətlərnin mənasını anlamasalar da, sonradan bunun pul almaq üçün kələk olduğunu başa düşürlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
20
50
xezerxeber.az

10Mənbələr