AZ

İsrail Yəmənə hücum etdi

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Yəmənin Hodeyda vilayətində yerləşən Hodeyda limanına zərbələr endirir.

Publika.az xəbər verir ki, bu barədə qiyamçılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Bildirilib ki, həmin ərazi hazırda üsyançı “Ənsar Allah” hərəkatına bağlı husilərin nəzarətindədir.

Qeyd edilib ki, liman yaxınlığında güclü partlayış səsləri eşidilib. Zərbələr nəticəsində böyük yanğın baş verib.

Seçilən
18
32
publika.az

10Mənbələr