AZ

Qəzzada atəşkəsə dair danışıqların ilk raundu nəticəsiz başa çatıb

Qəzza zolağında atəşkəslə bağlı İsrail və HAMAS hərəkatı arasında keçirilən dolayı danışıqların ilk raundu heç bir nəticə vermədən başa çatıb.

APA xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı fələstinli rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail və HAMAS nümayəndələrinin iştirakı ilə danışıqlar iyulun 6-da axşam saatlarında Qətərin paytaxtı Dohada bərpa olunub.

Telekanalın mənbələri bildirir ki, tərəflər atəşkəsin şərtləri ilə bağlı razılığa gələ bilməyib.

Səbəb kimi İsrail nümayəndə heyətinin HAMAS-la razılaşma imzalamaq səlahiyyətinin olmaması göstərilir.

Seçilən
4
14
apa.az

10Mənbələr