İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 80-dən çox fələstinli həlak olub.
Operativ Media xəbər verir ki, bu haqda Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb.
Məlumata görə, iyulun 6-da Fələstin anklavında azı 82 nəfər həlak olub. Qəzzanın Şeyx Radvan bölgəsinə endirilən zərbələr nəticəsində həlak olanların təxminən yarısı, 39 nəfər ölüb. Uçmuş binaların dağıntıları altında uşaqlar da daxil olmaqla daha bir neçə qurban tapılıb.
Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində atışma zamanı ən azı 304 nəfər xəsarət alaraq xəstəxanalara aparılıb.