Perunun şimalındakı Barranka bölgəsində 3500 illik qədim şəhər aşkarlanıb.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, Ticarət mərkəzi kimi fəaliyyət göstərən şəhər Amerikanın ən qədim sivilizasiyası olan Caralın davamı hesab edilir. Tapıntılar arasında məbədlər və mərasim obyektləri var.
Paytaxt Limadan təxminən 200 kilometr şimalda, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən "Peñico"'nun eramızdan əvvəl 1800-1500-cü illər arasında qurulduğu təxmin edilir: "Bu dövr Mesopotamiya, Misir, Hindistan və Çində ilk böyük sivilizasiyaların yüksəliş dövrünə təsadüf edir. Bura Amerika qitəsində məlum ən qədim sivilizasiya sayılan Carala (Xatırladaq ki, Caral sivilizasiyası təxminən 5000 il əvvəl Perunun Supe vadisində inkişaf etmiş və böyük piramidaları, kənd təsərrüfatı sistemləri və şəhər məskənləri ilə tarixə düşüb
qısa bir məsafədə yerləşir) yaxın bölgədə yerləşməsi ilə diqqəti çəkir".
Arxeoloqlar səkkiz il davam edən qazıntı və araşdırmalar nəticəsində bu qədim şəhərdə 18 fərqli tikili aşkar ediblər: "Bunlara mərasim məbədləri, yaşayış kompleksləri və ictimai binalar daxildir. Şəhərin mərkəzində təpənin yamacında tikilmiş dairəvi tikili isə böyük maraq yaradıb. Bundan başqa, qazıntılar zamanı gildən heykəlciklər, insan və heyvan fiqurları, boyunbağı və digər mərasim əşyaları da tapılıb. Bu tapıntılar bölgənin təkcə ticarət mərkəzi deyil, həm də dini və mədəniyyət mərkəzi olduğunu göstərir...".
Zülfiyyə Mustafayeva
MİA.AZ