ABŞ prezidenti Donald Tramp Rusiya ilə münaqişədə Ukraynaya çox kömək etdiyini bildirib...
Poliqon CNN nəşrinə istinadən xəbər verir ki, o, jurnalistlərin Vaşinqtonun niyə Ukraynaya İsrailə kömək etdiyi kimi kömək etməməsi ilə bağlı sualını belə cavablandırıb.
"Mən Ukraynaya kömək edirəm. Onlara çox kömək edirəm. Bu, heç vaxt başlamamalı olan müharibədir. Mən prezident olsaydım, hazırda Rusiya ilə müharibə etməzdiniz", Tramp deyib.
O, bir daha qeyd edib ki, 2020-ci ildə prezident seçkilərində qalib gəlsəydi, münaqişə başlamazdı.Tramp həmçinin Ukrayna lideri Vladimir Zelenski ilə yaxşı söhbət etdiyini vurğulayıb.
Tramp iyulun 4-də Vladimir Zelenski ilə telefon danışığından sonra Ukrayna ətrafında vəziyyəti çox çətin adlandırıb.
Poliqon.info