Bakı. Trend:
İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində metanqazından zəhərlənmə nəticəsində Türkiyə ordusunda şəhid olan əsgərlərin sayı 8-ə çatıb.
Trend xəbərverir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumatyayıb.
Xatırladaq ki, ötən gün metan qazından zəhərlənmə nəticəsində 5əsgər şəhid olmuşdu.
Qeyd edək ki, 28 may 2022-ci ildə şəhid olan leytenant NuriMelih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində birmağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruzqalıb.