AZ

Naxçıvanda tibbi məntəqələrin bazasında 32 Ailə Sağlamlıq Mərkəzi yaradılıb - Nazir (MÜSAHİBƏ)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında ilkin səhiyyə xidmətlərininəlçatanlığının artırılması məqsədilə kənd həkim ambulatoriyaları vəfeldşer-mama məntəqələrinin bazasında 32 Ailə Sağlamlıq Mərkəziyaradılıb və müasir tibbi avadanlıqlarla təmin edilməsi məqsədiləbir sıra satınalmalar həyata keçirilib.

Bu sözləri Trend-ə özəl müsahibəsində Naxçıvan MuxtarRespublikasının səhiyyə naziri Samiq Sadıxov deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasında 2023-cü ildənbəri səhiyyə sahəsində həyata keçirilən müsbət dəyişikliklər tibbixidmətlərin keyfiyyətinin yüksəldilməsində önəmli rol oynayıb:

"Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixlisərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasınınsosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün DövlətProqramı” çərçivəsində həyata keçirilmiş yeniliklər mühüm əhəmiyyətkəsb edir. Bu proqrama uyğun olaraq regionlarda ilkin səhiyyəxidmətlərinin əlçatanlığının artırılması məqsədilə kənd həkimambulatoriyaları və feldşer-mama məntəqələrinin bazasında 32 AiləSağlamlıq Mərkəzi yaradılıb və müasir tibbi avadanlıqlarla təminedilməsi məqsdəilə bir sıra satınalmalar həyata keçirilib.

Hər bir ASM üçün rentgen, hemotoloji analizator,elektrokardioqraf (EKQ), ultrasəs müayinə cihazı (USM) və digərzəruri avadanlıqlar alınıb. Əlavə olaraq muxtar respublikadapeyvəndləmə prosesinin avtomatlaşdırılması məqsədilə Smart peyvəndsisteminin tətbiqi üçün müvafiq avadanlıqlar, o cümlədən, smartsoyuducular alınıb".

Nazirin sözlərinə görə, əhaliyə göstərilən təcili tibbi yardımxidmətinin keyfiyyətinin artırılması məqsədilə 52 tam təchizatlıambulans alınıb və yaxın gələcəkdə təhvil verilməsi nəzərdətutulub.

"Bundan əlavə əvvəllər 8 geolokasiyada fəaliyyət göstərən TəciliTibbi Yardım Xidmətinin geolokasiyalarının sayı 14-ə çatdırılıb.Qeyd edək ki, yaradılan 32 Ailə Sağlamlıq Mərkəzlərinin hər birindəyeni geolokasiyaların yaradılması nəzərdə tutulub.

Təcili Tibbi Yardım Xidmətinin fəaliyyətinin effektivliyiniartırmaq məqsədilə ambulanslar daxili və xarici müşahidə kameralarıilə təmin edilib. Avtomobillərdə quraşdırılan GPS sistemi hərəkətistiqamətini və sürətini real vaxt rejimində izləyərək,koordinasiya mərkəzindəki işçilərə təcili tibbi yardımavtomobillərinin mövcud vəziyyətini asanlıqla təhlil etməyə imkanverir. 103 çağrı mərkəzində quraşdırılan proqram təminatı, vahidkoordinasiya mərkəzindən avtomobillərin idarə olunmasını tamşəkildə təmin edir", - deyə o qeyd edib.

Samiq Sadıxov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasındaxroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilənixtisaslaşdırılmış tibbi yardımın yaxşılaşdırılması məqsədilə“Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi” yaradılıb:

"Yaradılan mərkəzin müasir tibbi avadanlıqlarla təmin edilməsiüçün 53 ədəd hemodializ cihazı və pasientlərin müalicə prosesinidaha rahat keçirə bilməsi üçün 48 ədəd hemodializ kreslosu alınıb.Naxçıvan şəhərində yaradılan şəraitlə yanaşı, rayonlarda dahemodializ xidmətlərinin təkmilləşdirilməsi məqsədilə Culfa,Ordubad, Şərur və Kəngərli Rayon Mərkəzi Xəstəxanalarına hemodializcihazları və kresloları təhvil verilib".

Nazir bildirib ki, səhiyyə sahəsində həyata keçirilən mühümislahatlardan biri də Əziz Əliyev adına Mərkəzi Uşaq XəstəxanasındaTəcili Tibbi Yardım şöbəsinin yaradılmasıdır.

"Xəstəxanada 10 çarpayılıq triaj üsulu ilə fəaliyyət göstərən,funksional çarpayılar, xəstəbaşı monitorlar, infuzomatorlar vəperfuziya aparatları kimi müasir tibbi avadanlıqlarla təmin edilmişşöbənin yaradılması uşaqların sağlamlığının qorunmasında atılmışmühüm bir addımdır.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Xəstəxanasında müasirstandartlara cavab verən triaj üsulu ilə fəaliyyət göstərən 24çarpayılıq Təcili Tibbi Yardım Bölməsi də istifadəyə verilib. Bölməmüasir tibbi avadanlıqlarla tam təmin edilib.

Naxçıvan Sağlamlıq Mərkəzində tibbi xidmətin keyfiyyətininartırılması istiqmətində bir sıra yeniliklər həyata keçirilib.Mərkəzə müasir standartlara cavab verən tibbi cihaz və zəruriavadanlıqlar alınıb. Bundan əlavə xəstəxanada onkoloji xəstələrinkimyaterapiya prosesini rahat keçirə bilmələri üçün bölməyaradılıb. Ən müasir avadanlıqlarla təchiz edilmiş iki yeniəməliyyat otağı yaraılıb. Mərkəzdə pasiyentlər üçün yüksəksəviyyəli xidmət təklif edən müasir standartlara cavab verənpalatalar yaradılıb", - deyə o vurğulayıb.

"Son illərdə səhiyyə infrastrukturunun yenilənməsi, peşəkartibbi personalın cəlb olunması və müasir tibbi avadanlıqların təminedilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında ağır vəmürəkkəb cərrahi əməliyyatlar yerli xəstəxanalarda uğurla həyatakeçirilir. Bu, Bakı şəhərinə müraciətlərin sayında nəzərəçarpacaqazalmaya səbəb olub.

Əlavə olaraq Naxçıvan Muxtar Respublikasında İcbari TibbiSığortanın tətbiqi əhalinin tibbi xidmətlərə çıxış imkanlarınıəhəmiyyətli dərəcədə artırıb. Artıq vətəndaşlar sığortaçərçivəsində ilkin tibbi yardımdan tutmuş mütəxəssiskonsultasiyalarına və zəruri laborator müayinələrə qədər genişçeşiddə xidmətlərdən pulsuz və fasiləsiz şəkildə yararlanabilirlər. Bu yanaşma, həm əhalinin tibbi xərclər baxımından yükünüazaldıb, həm də səhiyyə sistemində xidmətin keyfiyyətini vəəlçatanlığını artırıb", - deyə S.Sadıxov əlavə edib.

Səhiyyə nazirinin sözlərinə görə, son illərdə muxtarrespublikada səhiyyə sahəsində əldə edilmiş uğurlar Bakıdan vədigər bölgələrdən mütəxəssislərin Naxçıvanda fəaliyyət göstərməyəmarağını artırıb.

"Müasir avadanlıq, yüksək iş şəraiti və sosial təminat imkanlarıbu sahədə müsbət tendensiya yaradıb.

Xaricdə ali tibbi təhsil alan naxçıvanlı mütəxəssislərin doğmabölgəyə geri qayıdaraq burada fəaliyyət göstərməsi müsbət hal alıb.Onların qazandığı bilik və təcrübə muxtar respublikanın səhiyyəsisteminin inkişafına töhfə verir.

Səhiyyə sahəsində aparılan bu ardıcıl və məqsədyönlü islahatlargöstərir ki, sağlam gələcəyin təmin olunması istiqamətində ciddiirəliləyişlər əldə olunub və bu proses uğurla davam etdiriləcək",-deyə o fikirlərini tamamlayıb.

Seçilən
0
13
az.trend.az

10Mənbələr