AZ

Tramp BRICS ölkələrini hədələdi

ABŞ prezidenti Donald Tramp BRICS blokunun “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələrin əlavə 10% rüsumla üzləşəcəyini bildirib.

"BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə ƏLAVƏ 10% tarifə tabe olacaq. Bu qaydada heç bir istisna olmayacaq!",- Tramp özünün Truth Social hesabında yazıb.

ABŞ prezidenti BRICS-in “antiamerikan siyasəti” dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.

BRICS qrupuna əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çin daxil idi - liderlər ilk dəfə 2009-cu ildə görüşüblər. Daha sonra bloka Cənubi Afrika, keçən il isə Misir, Efiopiya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qoşulub.

Rio-de-Janeyroda keçirilən sammitdə BRICS ölkələrinin liderləri Qəzza və İrana hücumları qətiyyətlə pisləyib, qlobal institutlarda islahatların aparılmasına çağırıb və assosiasiyanın hərbi münaqişələr və ticarət müharibələri fonunda çoxtərəfli diplomatiya üçün yeni platforma kimi rolunu vurğulayıblar.

BRICS liderləri birgə bəyanatda “İranın mülki infrastrukturuna və dinc nüvə obyektlərinə hücumları” pisləyib və onları beynəlxalq hüququn pozulması adlandırıblar. Onlar həmçinin İsrailin Qəzzaya hücumları fonunda fələstinlilərin vəziyyətindən ciddi narahat olduqlarını bildiriblər və Hindistanın idarə etdiyi Kəşmirdəki “terror hücumunu” pisləyiblər.

Seçilən
4
5
demokrat.az

10Mənbələr