AZ

Ruslar Odessaya hücum edib

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İyulun 7-nə keçən gecə Rusiya ordusu Ukraynanın Odessa şəhərinə pilotsuz təyyarə ilə zərbə endirib, nəticədə insan tələfatı və dağıntı olub.Reyting.az xəbər verir ki, Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələrinin fəal işinə baxmayaraq, şəhərdə mülki infrastruktura, xüsusən də texniki xidmət stansiyasına və avtomobillərə ziyan dəyib, dağıntılar var.Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin regional qərargahının məlumatına görə, 10 qaraj, texniki xidmət stansiyasının ərazisindəki inzibati bina və tikinti qoşquları dağıdılıb."Yerdə yanğınlar baş verib, minik avtomobilləri, yük maşınları və avtobus yanıb. İlkin məlumata görə, bir nəfər həlak olub", - mətbuat xidmətindən bildirilib.ELÇİN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
12
reyting.az

10Mənbələr