AZ

Zirvə görüşünün Xankəndidə təşkilinin mühüm əhəmiyyəti var - Mübariz Qurbanlı

Yazını böyüt
Yazını kiçilt

İyulun 4-də Qarabağ İqtisadi rayonunun dilbər şəhərlərindən biri olan Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVII Zirvə görüşü baş tutdu. Zirvə görüşü Azərbaycanın bölgədə yüksələn nüfuzunu, əhəmiyyəti və rolunu bir daha ifadə etdi. Müsahibimiz Milli Məclisin deputatı Mübariz Qurbanlıdır:

 -Bu gün regionda nələri müşahidə edirsiniz və Azərbaycan hansı proseslərin mərkəzində dayanıb?

-Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra qarşımızda çox böyük vəzifələr dururdu. Bir nömrəli vəzifəmiz müstəqilliyimizin dönməzliyini təmin etmək idi. İkinci vəzifəmiz Ermənistanın davam edən təcavüzünə son qoymaq, işğala məruz qalan torpaqlarımızı azad etmək idi. Üçüncü vacib məsələ Azərbaycanı müstəqil dövlət olaraq dünya miqyasında tanınan və sayılıb seçilən ölkəyə çevrimək və dördüncüsü iqtisadi sahədə yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində addımlar atmaq. Bu vəzifələr dövlətin gələcək inkişafı üçün lazım idi və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə faktiki  olaraq qarşıya qoyulan bu vəzifələrin böyük hissəsi öz həllini tapdı. Bu gün Azərbaycan müstəqil dövlət olaraq Ulu Öndər Heydər Əliyevin yolu ilə gedir. Heydər Əliyev Azərbaycanın həm ideoloji prinsiplərini, həm də xarici siyasət doktrinasını müəyyənləşdirib. Eyni zamanda Konstitusiyanın müəllifi olaraq Azərbaycanın dövlət modelini müəyən edib. Bu prinsiplər, bu fundament əsasında Prezident İlham Əliyev Azərbaycanı daha böyük zirvələrə çatdırıb. Biz milli hədəfimiz olan işğal olunmuş ərazilərin azad olunmasına nail olduq.  2023-cü ildən sonra ölkəmizdə ərazi bütövlüyü və suverenliyimiz tam bərqərar olundu. İşğalçı əsgərin bu torpaqda nə izi, nə də tozu var. Bu gün Azərbaycan  daha yüksək zirvəyə çıxaraq  beynəlxalq münasibətlər sistemində Cənubi Qafqazda lider və bağlayıcı ölkədir. O cümlədən beynəlxalq tədbirlərin keçirildiyi məkan, beynəlxalq layihələrin həyata keçirilməsinin həm təşəbbüskarı, həm müəllifidir. Bu gün  bu coğrafiyada heç bir tədbir, heç bir layihə  Azərbaycansız reallaşa bilməz. Azərbaycanda - Bakı şəhərində və digər bölgələrimizdə son illərdə çox böyük möhtəşəm tədbirlər keçirilib. Prezident İlham Əliyev bu cür tədbirlərin daha çox işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Şuşada, Xankəndidə, Ağdamda və digər ərazilərdə keçirilməsinə rəvac vermiş və buna  xüsusilə diqqət yetirmişdir. Ayrı-ayrı nazirliklər, qeyri-hökumət təşkilatları da bu cür tədbirləri məhz işğaldan azad olunmuş ərazilərdə keçirir. Bunun ideoloji, siyasi, həm də mənəvi tərəfləri var. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq bir körpü, bir mərkəz olaraq çıxış edir.

-İyulun 4-də Azərbaycan növbəti dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünü qəbul etdi. Bu dəfə üzv dövlətlər Xankəndiyə toplaşdılar. Xankəndi Zirvəsinin əhəmiyyətini necə dəyərləndirirsiz?

-İqtisadi Əməkdaşlıq Təşkilatı dünya miqyaslı beynəlxalq təşkilatdır, regionda əhəmiyyəti və rolu olduqca böyükdür. Təşkilatda cəm olan dövlətlərin əhalisinin sayı indi 550 milyondan çoxdur. İqtisadi Əməkdaşlıq Təşkilatı iqtisadi məsələlərlə bərabər həmin ərazidə, bölgədə olan dövlətlərin bu və ya digər şəkildə üzləşdiyi məsələləri də müzakirə edir və münasibət bildirir. Azərbaycan burada aparıcı rol oynayan ölkələrdən biridir. Burada Azərbaycanın müttəfiq olduğu dost ölkələr var. Bu sırada Türkiyə və Pakistan önəmli yer tutmaqdadır. Və  təbii ki, Xankəndində bu tədbirin keçirilməsi və bu gün  həmin möhtəşəm tədbirin keçirilməsi çox önəmli əhəmiyyət kəsb edən hadisədir. Birincisi ona görə ki, Xankəndi uzun illər işğal altında qalan və bu gün azadlığına qovuşan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın şəhəridir. Bu şəhərdə xarici nümayəndələrin, dövlət başçılarının iştirakı ilə belə bir tədbirin keçirilməsi bir daha torpaq azadlığının Azərbaycanın diqqətində olduğunu göstərməkdədir.  Bu bölgədə İqtisadi Əməkdaşlıq Təşkilatının keçirəcəyi tədbirlər, qəbul edilən qərarlar həm Azərbaycan, həm də üzv ölkələr üçün əhəmiyyətli rol  oynayır.

-Xankəndi Zirvəsi region və dünyaya hansı mesajları vermiş oldu?

-Bu gün Azərbaycan dünya siyasətində çox mühüm yer tutur. Bu yer Prezident İlham Əliyevin siyasi lider olaraq dünya siyasətçiləri və dünya ölkələri rəhbərləri arasında şəxsi nüfuzunun olması ilə bağlıdır.  Çünki dövlətlərarası münasibətlərdə şəxsiyyət amili olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin siyasi rəhbər, lider olaraq dünya miqyasında böyük hörməti var. Azərbaycanın nüfuzu, gücü gücü-gündən artmaqdadır. Bu baxımdan belə bir tədbirin məhz Xankəndidə keçirilməsi bizə qarşı yönələn təhdid, təsir və sair halların qarşısının alınmasında çox böyük rol oynayır. Buradan bir daha o mesaj bəyan edildi ki, bizim ölkəmizə qarşı hansısa xarici qüvvələr təhdid dili ilə danışa bilməz. Əgər etsə, Azərbaycan onun qarşısını almağa qadir ölkədir. Çünki Azərbaycanın seçdiyi yol düzgün yoldur, bu, Heydər Əliyev yoludur. Prezident İlham Əliyevin  xarici siyasət sahəsindəki müasir çağırışlarla bağlı həyata keçirdiyi doktrinadır. Ona görə də Azərbaycan xalqı Prezidentinin arxasındadır və dünya  azərbaycanlıları öz liderini birmənalı olaraq dəstəkləyir. Bizim bir milli hədəfimiz var idi: torpaqlarımızı işğaldan azad edək. İndiki hədəfimiz isə Azərbaycanı daha güclü ölkəyə çevirmək və tarixin müəyyən dönəmlərində öz yurdundan qaçqın düşmüş soydaşlarmızın öz yurduna tarixi qayıdışını təmin etməkdir. Bu gün Qərbi Azərbaycana qayıdış proqramı geniş şəkildə həyata keçirilir və bununla bağlı  xüsusi tədbirlər planı var. Bütün bunlar da Azərbaycanın regionda  rolunun artmasına müsbət təsir göstərir. Bu prosesdə Zəngəzur dəhlizinin açılması məsələsi də öz həllini tapmalıdır və tapacaq. Prezidentin yaxşı bir sözü var: “Mən nəyi, nə zaman edəcəyimi yaxşı bilirəm”. O, bu sözün gücünü praktik olaraq göstərdi. İnanıram ki, Azərbaycan qarşısına qoyduğu hədəflərə çatacaq. Xankəndi Zirvəsi hədəfə doğru gedən yollarımızı bir daha işıqlandırdı.

 

Seçilən
5
50
hafta.az

10Mənbələr