AzVision.az xəbər verir ki, Amerika lideri özünün “Truth Social” social şəbəkəsində belə paylaşım edib.
“BRİKS-in ABŞ əleyhinə siyasətini dəstəkləyən hər bir ölkə əlavə 10% tariflərə məruz qalacaq.İstisnalar olmayacaq”,- ABŞ prezidenti yazıb.
İyulun 6-7-də Braziliyanın sədrliyi ilə Rio-de-Janeyroda BRİKS sammiti keçirilir. İştirakçı dövlətlər Rusiya-Ukrayna müharibəsi, İran-İsrail və Fələstin-İsrail münaqişələri ilə bağlı bəyanatlar verib, beynəlxalq təşkilatlarıislahatlara çağırıb və kosmik silahlanma yarışına qarşı çıxış ediblər.
Xatırladaq ki, bu ilin yanvar ayında Donald Tramp BRİKS ölkələrini dollara alternativ valyuta yaratmağa çalışacaqları təqdirdə 100 faizlik tariflərlə hədələmişdi.
- BRİKS-in beynəlxalq ticarətdə və ya başqa yerdə dolları əvəz etmək şansı yoxdur”, -Ağ Ev rəhbəri vurğulamışdı.
Trampın bəyanatına cavab olaraq KremlBRİKS ölkələrinin yeni valyutanın yaradılmasını müzakirə etmədiklərini açıqlamışdı.
Hazırda BRİKS öz sıralarında 10 ölkəni birləşdirir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, İndoneziya, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Efiopiya.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta