AZ

Bu il pilot müəssisələrin sayı 50-yə çatdırıldı

Ötən ildən etibarən məktəbdənkənar təhsil müəssisələrinə şagird qəbulu ilk dəfə olaraq elektron sistem vasitəsilə həyata keçirilib. Pilot layihə çərçivəsində 20 müəssisəni əhatə edən bu yenilik nəticəsində 13000-dən çox müraciət qeydə alınıb və 10000 şagird məktəbdənkənar təhsil müəssisələrinə qəbul olunub.

2025-ci ildə elektron sistemin əhatə dairəsi genişləndirilərək pilot müəssisələrin sayı 50-yə çatdırılıb. 50 müəssisədə həyata keçiriləcək elektron qəbulda 25000-dən artıq şagirdin məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacağı proqnozlaşdırılır.

Hazırda məktəbdənkənar təhsil sahəsində ümumilikdə 29 idman növü və optimallaşdırma nəticəsində 10 istiqamət üzrə 73 adda dərnək fəaliyyət göstərir.

Seçilən
2
42
teleqraf.com

10Mənbələr