AZ

89 yeni təhsil müəssisəsində “Peşə təmayüllü siniflər” layihəsi tətbiq ediləcək

Bakı. Trend:

“Peşə təmayüllü siniflər” layihəsinin 2025–2026-cı tədris ilində89 yeni təhsil müəssisəsində də tətbiqi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Elm və TəhsilNazirliyinin illik hesabatında məlumat verilib.

Bildirilib ki, 2024-2025-ci tədris ilində peşə təmayüllüsiniflər əlavə 53 məktəbdə fəaliyyətə başlayaraq əhatə dairəsinigenişləndirib və ümumilikdə 249 məktəbi əhatə edib.

"2024-2025-ci tədris ilində layihə çərçivəsində 4 yeni pilotixtisasın tədrisinə başlanılıb. Layihə 1087 nəfər müəllim, 7000-dənçox şagirdi əhatə edir. “Peşə təmayüllü siniflər” layihəsinin2025–2026-cı tədris ilində 89 yeni təhsil müəssisəsində də tətbiqiplanlaşdırılır. Bu genişlənmə nəticəsində peşə təmayüllü siniflərdə10 000-dən çox şagirdin təhsil alması nəzərdə tutulur", - deyəəlavə edilib.

Məqalədə:
Seçilən
9
3
az.trend.az

10Mənbələr