AZ

Nasaz avtomobili yolun ortasında saxladı, qəza oldu – Video


Texniki nasaz avtomobilin yolun orta zolağında qalması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
“Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində avtomobillərdən biri texniki nasazlıq səbəbindən yolun orta zolağında dayanıb. Yalnız qəza dayanma işıqlarını yandıran sürücü digər təhlükəsizlik tədbirləri görmədiyindən arxadan gələn nəqliyyat vasitəsi ona çırpılıb. Mərkəzin əməkdaşlarının yol polisi ilə koordinasiyalı iş nəticəsində evakuator cəlb olunaraq qəzada iştirak edən avtomobillərin yoldan kənarlaşdırılması işləri görülüb. Nəticədə uzun müddətli nəqliyyat sıxlığının yaranmasının qarşısı alınıb”, - məlumatda deyilir.

Seçilən
0
45
yeniavaz.com

10Mənbələr