AZ

Paşinyan səhər tezdən işə bu paylaşımla başladı: II Qaregini biabır etdi

Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi səhər iş gününə sosial şəbəkədə paylaşımla başlayıb.

Turkustan.az xəbər verir ki, Paşinyan yenə də bütün ermənilərin katolikosu II Qaregini hədəf alıb.

“Əgər Ktriç Nersisyan Vazgen Qalstanyan və Gevorq Ajapaxyanın həbsini qanunsuz hesab edirsə, deməli, yuxarıda adıçəkilən şəxslərin hərbi çevriliş etmək, insanları divarlar altına salmaq və ölkədə xaos yaratmaq ideologiyasını və planlarını bölüşür.

Genişlənmiş "Vaqharşapat" icmasının heç bir ərazisi hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün bağlana bilməz, xüsusən də Ktriç və bir neçə başqa şəxslərin sayəsində bu ərazilər zina üçün bağlanmayıb", - Paşinyan yazıb./publika.az

Seçilən
2
50
turkustan.az

10Mənbələr