AZ

Paşinyan II Qaregenə qarşı ittiham səsləndirdi - "Dövlət çevrilişi cəhdində əlbirdirlər

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan II Qaregini dövlət çevrilişini dəstəkləməkdə ittiham edib. Paşiyan bildirib ki, əgər II Qaregin Vazgen Qalstyan (apxiyepiskop Baqrat Qalstyan) ilə Gevorq Acapaxyanın (arxiyepiskop Mikael Acapaxyan) həbslərini qanunsuz hesab edirsə, deməli, onların hakimiyyəti zorla ələ keçirmək ideologiyalarını və planlarını dəstəkləyir.

II Qaregine dünyəvi adı olan Ktriç adı ilə müraciət edən Paşinyan "Feysbuk" səhifəsində yazıb: "Əgər Ktriç Nersisyan Vazgen Qalstyan ilə Gevorq Acapaxyanın həbslərini qeyri-qanuni hesab edirsə, deməli, hərbi çevriliş təşkil eləmək, hökumət binalarında insanlara atəş açmaq və ölkəni xaosa sürükləmək niyyətində onlarla həmrəydir".

O, həmçinin əlavə edib ki, belə bir halda genişləndirilmiş Vaqarşapat icmasının heç bir ərazisi hüquq-mühafizə orqanlarına bağlana bilməz: "Üstəlik, Ktriç və bir neçə başqa şəxslərin sayəsində bu ərazilər pis əməllər üçün bağlanmayıb".

Paşinyanın bəyanatı Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında gərginliyin növbəti həlqəsi olub.

Hürr Tərcüman

 

Seçilən
3
50
hurriyyet.az

10Mənbələr