AZ

Sena çayı ictimai üzgüçülük üçün açıldı

ain.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Keçən il Paris Olimpiadasının keçirilmə yeri kimi istifadə edilməsi ilə əlaqədar geniş təmizləmə əməliyyatından sonra 1923-cü ildən bəri ilk dəfə Sena çayı ictimai üzgüçülük üçün açılıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Sena sahilləri boyunca üç sahə avqustun 31-dək hər gün 1000-dən çox üzgüçünü qəbul edə biləcək.

Çayın təmizlənməsi üçün on minlərlə evin kanalizasiya sisteminə qoşulması, su təmizləyici qurğuların təkmilləşdirilməsi və güclü fırtınalar zamanı kanalizasiyanın daşmasının qarşısını almaq üçün böyük yağış suları anbarlarının tikintisi təmin edilib.

Bildirilib ki, Paris daxilindəki üç sahə ilə yanaşı, paytaxtın hüdudlarından kənarda Sena və Marne çaylarında 14 üzgüçülük sahəsi yaradılacaq. Onlardan ikisi artıq iyun ayında Marnada açılıb.

Firuzə Əliyeva

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
50
sfera.az

10Mənbələr