AZ

Rusiyada hava limanlarında yüzlərlə aviareys ləğv edildi

Rusiyada ölkə üzrə azı 393 aviareys ləğv edilib və ya təxirə salınıb.

Bakues.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu qərarın səbəbi uçuşların təhlükəsizliyinin təmin edilməsi olub.

Məhdudiyyətlər Moskvadakı Şeremetyevo hava limanına, Sankt-Peterburqdakı Pulkovo hava limanına və Nijni Novqoroddakı Çkalov hava limanına təsir edib. Bundan əlavə, İvanovo, Kaluga, Pskov, Tambov və Yaroslavl hava limanlarında da reyslərin qəbulu müvəqqəti dayandırılıb. Həmçinin Şeremetyevo hava limanında 171 reys ləğv edilib, 56 reys isə iki saatdan çox müddətə gecikib. Pulkovo hava limanında 90 reys ləğv olunub və 37 reys təxirə salınıb. Çkalov hava limanında 26 reys ləğv edilib, 13 reys gecikib. Ən uzunmüddətli məhdudiyyətlər Nijni Novqorodda tətbiq edilib.

Seçilən
9
24
icma.az

10Mənbələr