AZ

Tverdə azərbaycanlılar saxlanıldı - VİDEO

Rusiyanın Tver vilayətində saxta spirtli içki və markasız siqaret satışı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə ifşa olunub.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, cinayətkar şəbəkənin 8 üzvü həbs olunaraq istintaqa təhvil verilib, daha bir nəfər isə ev dustaqlığına buraxılıb.

İstintaq orqanlarının açıqlamasına görə, şəbəkənin təşkilatçısı qohumları və yaxın çevrəsindən ibarət iyerarxik struktur quraraq, qanunsuz fəaliyyətin təmin olunması üçün xammal, avadanlıq və saxta etiketlərlə təchiz olunmuş butulkalar əldə edib. Məqsəd saxta məhsulları əsl brendlərə mümkün qədər oxşatmaq və geniş satış şəbəkəsi yaratmaq olub.

Qeyd olunur ki, saxlanılanlar arasında Azərbaycan əsilli şəxslər də var.

Hazırda istintaq davam edir.

Seçilən
5
49
day.az

10Mənbələr