AZ

Elşad Mirbəşir: “Dəhliz Azərbaycanın nəzarətində olarsa, geosiyasi gərginliyi önləmiş olarıq"

Yazını böyüt
Yazını kiçilt

“Cənubi Qafqaz regionu strateji əhəmiyyətə malikdir. Burada kommunikasiyalar üzərində nəzarət imkanları təkcə region deyil, kənar ölkələr üçün də maraqlıdır. ABŞ-ın bu istiqamətdə təqdim etdiyi plan özünün maraqları ilə birbaşa əlaqəlidir”.

Bunu Hafta.az-a professor Elşad Mirbəşir ABŞ prezidenti Donald Trampın Zəngəzur dəhlizi ilə bağlı hazırladığı xüsusi planın mahiyyəti ilə bağlı açıqlamasında bildirib. E.Mirbəşir qeyd edib ki, Azərbaycanın vətən müharibəsində əldə etdiyi qələbədən sonra diqqət yetirdiyi əsas məsələ regionda kommunikasiyaların açılması, iqtisadi layihələrin həyata keçirilməsidir.

Professorun sözlərinə görə, Ermənistan isə regionda kommunikasiyaların açılmasına əngəl törətmək üçün əlindən gələni edir:

"Paşinyan “sülh qovşağı” ideyasını irəli sürsə də, reallaşdırılması real görünmür. Azərbaycanla Ermənistan arasında sülh razılaşması Azərbaycanın irəli sürdüyü ədalətli, beynəlxalq hüquqla uzlaşan, bölgədə uzunmüddətli sülhü, təhlükəsizliyi təmin edən şərtlərin yerinə yetirilməsi ilə mümkündür. Sülh müqaviləsi Azərbaycanın irəli sürdüyü şərtlər əsasında imzalanmalıdır. Əks halda sonrakı mərhələdə həyata keçiriləcək layihələrin təhlükəsizlik qarantiyası olmaz. Əgər Ermənistanın konstitusiyasından ərazi iddiası çıxarılmayacaqsa, sonradan imzalanacaq sülh sənədinin konstitusiya ilə ziddyyət təşkil edəcəyi ortaya atılmaqla hüquqi qüvvəsini itirə bilər. Ermənistan bu barədə danışsa da, şərtləri yerinə yetirmək istəmir. Görünən odur ki, kənar təsirlər Ermənistanı Azərbaycanın şərtlərini yernə yetirməməsi üçün yönləndirir”.

E.Mirbəşir bildirib ki, Cənubi Qafqaz regionunda sülh gündəliyini irəli aparan Azərbaycandır. Bu baxımdan, Azərbaycan Zəngəzur dəhlizinin açılması məsələsinə uzunmüddətli perspektivə əsaslanaraq yanaşır:

“ABŞ təklif edir ki, logistika şirkətlərindən biri Zəngəzur dəhlizində praktiki nəzarəti həyata keçirsin. O, məlumatları tərəflərə ötürməyi, yüklərin tranzitinə nəzarəti həyata keçirməyi öz üzərinə götürmək istəyir. Bu onlara əlavə geosiyasi, geoiqtisadi güc verir. ABŞ bilir ki, Zəngəzur dəhlizi çox əhəmiyyətlidir və gələcəkdə regionda çox ciddi nəqliyyat dəhlizlərinin kampanentinə çevrilə bilər".

E.Mirbəşir bildirib ki, ABŞ regionda özünün geosiyasi istəklərini genişləndirmək istəyir. Professorun fikrincə, bu, regionda geosiyasi gərginliyə gətirib çıxara bilər:

“Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yol hazırda Ermənistan sərhədləri daxilində qalmış Qərbi Zəngəzurdan keçməlidir. Bu yol Qərbdən Şərqə gedən strateji dəhlizin mühüm seqmentini təşkil edə bilər. Bu baxımdan ABŞ yolu öz nəzarətində saxlamaq istəyir. ABŞ-ın geosiyasi məqsədi aydın görünür. ABŞ bununla Cənubi Qafqazda özünün geosyasi prioritetlərini yaradır”.

Professor hesab edir ki, bu, Cənubi Qafqazda maraqları toqquşdura bilər:

"Düşünürəm ki, ölkəmiz hər bir şəraitdə bütün addımlarını hesablaıyıb. Bunu nəzərə alaraq ümid edirəm ki, regionda kommunikasiyaların açılması ilə bağlı addımlar əlavə gərginlik yaratmayacaq. Ən yaxşı halda dəhliz Azərbaycanın nəzarətində olmalıdır. Belə olarsa, geosiyasi gərginliyi önləmiş olarıq".

Seçilən
14
18
hafta.az

10Mənbələr