ABŞ Prezidenti Donald Tramp BRICS-in siyasətini dəstəkləyən dövlətlərə qarşı əlavə ticarət rüsumlarının tətbiq olunacağını bəyan edib.
Hafta.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" şəbəkəsində yazıb. Onun sözlərinə görə, BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkəyə 10 faizlik əlavə gömrük rüsumları tətbiq olunacaq.
"İstisnalar olmayacaq", - deyə prezident paylaşımında vurğulayıb.
Hazırda BRICS təşkilatının rəsmi üzvləri bunlardır: Rusiya, Çin, Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, Misir, İndoneziya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya.
Təşkilatla tərəfdaşlıq edən digər ölkələr isə Belarus, Özbəkistan, Kuba, Boliviya, Vyetnam, Qazaxıstan, Malayziya, Nigeriya, Tayland və Uqandadır.