AZ

Texasda daşqınlar nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb

ABŞ-ın Texas ştatında iyulun 4-də güclü yağışlar nəticəsində dağıdıcı daşqınlar zamanı ölənlərin sayı 82 nəfərə çatıb. Bu barədə Qvadalupe çayının daşdığı Kerr qraflığında yerli hakimiyyət orqanlarının məlumatına görə.

Cümə günü bölgədə başlayan leysan yağışlar suyun səviyyəsinin 8 metrə qədər yüksəlməsinə və güclü daşqınlara səbəb olub. Axtarış-xilasetmə işləri hələ də davam edir, onlarla insan itkin düşüb. Qubernator Qreq Abbotun sözlərinə görə, hazırda 41 nəfərin taleyi məlum deyil və itkin düşənlərin sayı daha çox ola bilər.

ABŞ Prezidenti Donald Tramp Kerr qraflığının təbii fəlakət zonası kimi tanınması haqqında sərəncam imzalayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, daşqın zamanı zərər çəkmiş ərazidə 50 minə yaxın insan olub. Qubernator Ebbot təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün mümkün resursların səfərbər edildiyini bildirib.

P.ƏMİRCANOV
XQ

Seçilən
0
23
xalqqazeti.az

10Mənbələr