ABŞ prezidenti Donald Tramp bildirib ki, BRICS blokunun "anti-Amerika siyasətini" dəstəkləyən ölkələrə əlavə 10% rüsum tətbiq olunacaq.
Ölkə.az xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.
“BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkəyə əlavə 10%-lik tarif tətbiq olunacaq. Bu qaydadan heç bir istisna olmayacaq. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!” – deyə o qeyd edib.
O, “anti-Amerika siyasəti” dedikdə konkret nəyi nəzərdə tutduğunu bildirməyib.
Həmidə İbrahimova