AZ

Azərbaycan klubu ABŞ-dan olan voleybolçunu transfer edib

Bakı, 7 iyul, AZƏRTAC

"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, “sari-göylər” ABŞ-dan olan libero Alisa Kim ilə birmövsümlük müqavilə imzalayıb.

Voleybolçu ötən mövsümü Rumıniyanın "Rapid” (Buxarest) komandasında keçirib və ölkə kuboku yarışlarında bürünc medala sahib olub.

Libero karyerası ərzində Sloveniyanın GEN-I və ABŞ-ın "Qonzaqa University" komandalarında da forma geyinib.

Seçilən
4
10
azertag.az

10Mənbələr