AZ

Regionda kritik gediş: Ərdoğan hərəkətə keçdi – Bakı və Moskvadan cavab gözlənilir 

  Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasındakı gərginliklə bağlı açıqlama verib. Bu, təfərlərin hazırkı münasibətlərində Ankaranın təsirli rol oynaya biləcəyinə dair müsbət siqnal kimi qəbul edilir. Ərdoğanın tərəfləri barışdırmaq təşəbbüsünün real olması və bu məsələdə Prezident İlham Əliyevlə müzakirə aparması regiondakı münaqişənin həllinə dair ümidləri artırır.

Türkiyənin bu məsələyə qoşulması və tərəfləri barışdırmaq təşəbbüsü nə dərəcədə real görünür? Bu, baş verə bilərmi?

Globalinfo.az-a danışan politoloq Elşad Mirbəşiroğlu deyib ki, Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə çox praqmatik yanaşıb:

“O bildirib ki, Türkiyə həm Rusiya, həm də Azərbaycanla dərin diplomatik və strateji əlaqələrə malikdir. Bu baxımdan, Ankaranın bu məsələdə təsirli rolu ola bilər. Rusiya Prezidenti Vladimir Putin həm Türkiyə, həm də Ərdoğan haqqında müsbət fikirdədir, iki ölkə arasında sıx diplomatik əlaqələr, iqtisadi təmaslar mövcuddur. Sözsüz ki, iki qonşu dövlət arasında gərginlik və ziddiyyətlər yaranırsa, bunun ən optimal yolu danışıqlar aparmaqdır. Müzakirələrin həyata keçirilməsi və məsələlərə aydınlıq gətirilməsi vacibdir. Bu fonda Ərdoğanın Azərbaycan-Rusiya münasibətlərinin normal şəkildə davam etməsinin vacibliyi ilə bağlı söylədiyi fikirlər çox doğrudur. Çünki bu, bütövlükdə region üçün əhəmiyyətlidir”.

Politoloq bildirib ki, Bakı Moskva üçün çox strateji əhəmiyyətə malik bir ölkədir:

“Rusiyada çox sayda soydaşımız yaşayır və Azərbaycan bu ölkənin üçüncü ən böyük ticarət tərəfdaşıdır. Ona görə də əlaqələrin kəsilməməsi və münasibətlərin davam etməsi tərəflərin maraqlarına uyğundur. Bu gün də Kremllə təmaslar kəsilməyib. Yəni, birbaşa məsələlərin müzakirə edilməsi imkanı əvvəlki kimi mövcuddur. Üçüncü tərəfin bu istiqamətdə töhfəsinə ehtiyac yaranarsa, ən münasib ölkə şübhəsiz, Türkiyədir. Rəsmi Ankara regionda baş verən hər hansı prosesə biganə qalmır. Türkiyə Moskva və Bakı ilə mövcud əlaqələrin xarakterinə uyğun olaraq, istənilən məsələləri müzakirə edə bilərsə, problemin həllinə töhfə verməsi mümkündür”.


Seçilən
5
50
referans.az

10Mənbələr