AZ

Real oyunun təxirə salınmasını istəyir

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Real" Klublararası dünya çempionatına görə La Liqadan mövsümün ilk turunun oyununun təxirə salınmasını istəyir.

QOL.az "Cadena SER"ə istinadən xəbər verir ki, Madrid klubu "Osasuna" ilə avqustun 19-da keçirilməli olan oyunun oktyabrın 29-na keçirilməsi ilə bağlı La Liqaya rəsmi müraciət edib.

 “Osasunoi” və İspaniya Futbol Federasiyası ilə danışıqlardan sonra tərəflər matçı oktyabr ayına təyin etməyə razılaşıblar. Bununla belə, "Real" hələ də La Liqanın təsdiqini gözləyir.

Bildirilib ki, daha əvvəl La Liqa İspaniyanı Klublararası dünya çempionatında təmsil edən komandaların 1/4 finala yüksəldiyi tzaman mövsümün start oyununu təxirə salmağa razılaşıb. Buna baxmayaraq, hazırda La Liqa "Real"a güzəştə getməkdən imtina edir. Yaranmış vəziyyətə Yarışlar Komitəsinin müdaxiləsi də istisna edilmir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
50
qol.az

10Mənbələr