AZ

Magistraturada bu ədəbiyyata yer ayrılmadı

Magistraturaya qəbul üçün fars və türk ədəbiyyatlarına yer ayrıldığı halda, ərəb ədəbiyyatına yer ayrılmayıb.

Publika.az xəbər verir ki, bu barədə professor Aida Qasımova sosial şəbəkə hesabında yazıb.

“Bu yaxınlarda keçmiş tələbələrimdən üç nəfər mənimlə əlaqə saxlayıb sevinclə magistraturaya qəbul üçün lazımi bal yığdıqlarını bildirdilər. Düz üç nəfər. Məhz mənə görə, mənim təcrübəmdən faydalanmaq üçün magistraturada ədəbiyyatı seçəcəklərini dedilər. Bu gün məlum olur ki, magistraturada fars və türk ədəbiyyatlarına yer ayrıldığı halda, ərəb ədəbiyyatına yer ayrılmayıb.

Ərəb ədəbiyyatına bir ixtisas kimi bu düşmənçiliyin səbəbini başa düşmürəm. Neçə illərdir ərəb ədəbiyyatı üzrə doktoranturaya da yer ayrılmır. Bu öz yerində. Ərəb ədəbiyyatı üzrə magistratura artıq bu il bağlanmaq səviyyəsinə çatdı. Bunu kim edir? Məqsəd nədir? Niyə fars və türk ədəbiyyatlarına yer verilir, ərəb ədəbiyyatına yox?

Seçilən
13
50
publika.az

10Mənbələr