AZ

“Qalatasaray” hücumçusunu icarəyə verir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 iyul, AZƏRTAC

“Qalatasaray” komandası futbolçusu Halil Dərvişoğlunu icarəyə verəcək.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı hücumçunun keçidi ilə bağlı “Rizəspor”la razılığa gəlib. O, qarşıdakı bir il ərzində Qara dəniz təmsilçisinin formasını geyinəcək.

2021-ci ildən “Qalatasaray”da çıxış edən forvard son mövsümü icarə əsasında “Qaziantep”də keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
50
azertag.az

10Mənbələr