AZ

Ekspert: Xankəndidəki ECO sammiti üzv ölkələrin inklüziv və çoxqütblü dünyaya can atdığını təsdiqləyib

Xankəndidə iyulun 3-4-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü təkcə regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində bir addım deyil, həm də iştirakçı ölkələr arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.

Bu barədə "Report"a açıqlamasında Qərbi Xəzər Universitetinin Regional Araşdırmalar İnstitutunun elmi işçisi Şeraz Mehmud bildirib.

Ekspertin sözlərinə görə, belə əhəmiyyətli bir sammitin Azərbaycanın azad edilmiş ərazilərində keçirilməsi xüsusi simvolik və siyasi əhəmiyyət daşıyır:

"Bu, regionun bərpa olunduğunu, beynəlxalq nümayəndə heyətlərinin qəbulu və ECO sammiti kimi yüksək səviyyəli tədbirlərin keçirilməsi üçün lazımi təhlükəsizlik və infrastrukturla təmin edildiyini göstərir. Şübhəsiz, bu, Prezident İlham Əliyevin, hökumətin, ölkənin Silahlı Qüvvələrinin və bütün Azərbaycan xalqının böyük nailiyyətidir".

Ş.Mehmud vurğulayıb ki, Xankəndi sammitində regional əməkdaşlıq və inteqrasiya məsələləri, xüsusilə ticarət, qarşılıqlı əlaqə, “yaşıl transformasiya”, iqlim dəyişikliyi və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq sahəsində əməkdaşlıq müzakirə edilib.

"Enerji, turizm, elm, texnologiya və təhsil sammitdə müzakirə olunan əsas mövzular olub. Bu da gündəliyin dinamikliyini və aktuallığını bir daha təsdiqləyir. İqlim dəyişikliyi şəraitində dayanıqlı inkişaf məsələlərinə də xüsusi diqqət yetirilib. Bu kontekstdə, dayanıqlı gələcəyin qurulmasında qadınların rolunun artırılması müzakirənin əhəmiyyətli məqamlarından biri olub. Yeni reallıqlar çərçivəsində ECO ölkələri də daxil olmaqla dövlətlər müxtəlif güc mərkəzləri formalaşdırırlar ki, bunların hər biri öz maraqları, dəyərləri və regional sabitliyin təmin edilməsinə yanaşmaları ilə idarə olunur", - o bildirib.

Ekspert, həmçinin vurğulayıb ki, ECO-ya üzv ölkələr və onların tərəfdaşları zamanın ruhunu əks etdirən bir yolla - daha inklüziv, dayanıqlı və çoxqütblü dünya istiqamətində irəliləyirlər.

Seçilən
2
50
report.az

10Mənbələr