AZ

Messi Ronaldoyla səs-küylü ” görüşə” hazırlaşır: danışıqlar aparılır

Messi Səudiyyə Ərəbistanına keçir? Əfsanəvi duel yenidən başlaya bilər

Argentina millisinin və “İnter Mayami” klubunun ulduzu Lionel Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Məşhur futbolçunun adı “Əl-Əhli” klubu ilə danışıqlarda hallanır. Bu barədə Mirror nəşri məlumat yayıb.

Qeyd olunur ki, Messinin MLS təmsilçisi ilə olan müqaviləsi 2025-ci ilin dekabrında başa çatacaq və hazırda onunla yeni müqavilə bağlanması ilə bağlı heç bir əlamət yoxdur. Bu isə futbolçunun gələcək karyerası ilə bağlı fərqli ehtimalları gündəmə gətirir.

Mümkün variantlardan biri də Səudiyyə Ərəbistanına transferdir. Bu halda futbolsevərlər yenidən Lionel Messi ilə Kriştianu Ronaldunun qarşılaşmasının şahidi ola bilərlər. Qeyd edək ki, portuqaliyalı ulduz hazırda “Əl-Nəsr” klubunun formasını geyinir.

Digər tərəfdən, Messinin keçmiş komandası olan “Barselona” da onun geri dönməsi üçün səylərini davam etdirir. Klub prezidenti Joan Laporta argentinalı futbolçunu “Kamp Nou”ya qaytarmaq istədiyini dəfələrlə açıqlayıb. Lakin görünür, Səudiyyə Ərəbistanından gələn yüksək maliyyə təklifləri bu dönüşün qarşısını ala bilər.

Messinin hansı qərarı verəcəyi hələ ki, bilinmir, lakin onun gələcək addımı dünya futboluna ciddi təsir göstərə bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
8
24
editor.az

10Mənbələr