Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Missiya.Az bu barədə xarici mediaya istinadən məlumat verir.
Komissiyanın sözçüsü bildirib ki, Aİ-nin məqsədi iyulun 9-dək Vaşinqtonla ticarət razılaşmasını əldə etməkdir:
"Biz ABŞ ilə razılığa gələrək tariflərdən qaçmaq istəyirik. Tariflər bizə ziyan verəcək".
Xatırladaq ki, Tramp administrasiyası avqustun 1-dən etibarən bir sıra ölkələrlə ticarətdə əlavə tarif tətbiq edəcək.
Nurlana ƏhmədovaMissiya.Az