AZ

Ermənistanın da Azərbaycan və Türkiyə ilə yaxınlaşma siyasəti apardığı şəraitdə Rusiya öz səhvlərini düzəltməlidir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iyulun 3-4-də Xankəndində keçiriləcək toplantısı böyük əhəmiyyət kəsb edir. Çünki Qarabağdakı bu görüş müəyyən mənada Qarabağ qələbəsinə dəstəyin təsdiqidir. Digər tərəfdən, bu, Rusiyanın Azərbaycana və regionun ulduzu olan azərbaycanlılara qarşı apardığı təxribatlara cavabdır. Digər tərəfdən, bu, Rusiya olmadan da regionda iqtisadi və sosial münasibətlərin inkişaf etdirilə biləcəyinin göstəricisidir.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, eyni zamanda bu zirvədə Türkiyə, Azərbaycan və İranın səmimi görünməsi region üçün sabitliyin göstəricisidir. Kərəm Qarabulud hesab edir ki, bu hallar Zəngəzur dəhlizinin açılmasına da töhfə verə bilər.

Kərəm Qarabulud

“Rusiya bu vəziyyətdən narahat olsa da, regionda və dünyada baş verən proseslərdən zərər görməmək üçün Azərbaycana və azərbaycanlılara qarşı pis davranışından əl çəkməyə məcbur olacaq. Çünki Ukraynada qüdrəti zəifləyən Rusiyanın iqtisadi sıxıntı içində olması faktdır. Azərbaycan və Türkiyə ilə yaxşı yola getməlidir ki, dərdlərini artırmasın. İnanıram ki, hətta Ermənistanın da Azərbaycan və Türkiyə ilə yaxınlaşma siyasəti apardığı bugünkü şəraitdə Rusiya öz səhvlərini düzəldəcək. Əks halda, öz maraqlarına zərər dəyəcək”-deyən Kərəm Qarabulud vurğulayıb ki, Xankənddə keçirilən sammiti təkcə Rusiya üçün dərs deyil, həm də regional sabitliyin və inkişafın göstəricisi hesab etmək olar.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
50
icma.az

10Mənbələr