Bakı. Trend:
Honqkonqda məşhur portuqal futbolçu Kriştiano Ronaldoya həsrolunmuş Asiyanın ilk müvəqqəti muzeyi açılıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, muzeyə baş çəkmək üçün yüzlərlə azarkeş,bir çoxu üzərində futbolçunun adı yazılmış köynəklərdə, səhərtezdən K11 Musea ticarət-sərgi kompleksinin qarşısında növbəyədüzülüb.
Biletlər saatda maksimum 500 ziyarətçi olmaqla satılır. HazırdaHonqkonqdakı bu müvəqqəti muzeyin bir il ərzində açıq qalacağıgözlənilir, lakin ziyarətçi marağı yüksək olaraq qalarsa, fəaliyyətmüddətinin uzadılması da mümkündür.
Jurnalistlər muzeyə rəsmi açılışdan əvvəl buraxılıb. Ekspozisiyatəkcə 40 yaşlı Ronaldonun idman yolunu deyil, həm də onun ailəsi,uşaqlıq illəri və futboldakı ilk addımları barədə vizualməlumatları əhatə edir.