AZ

Ali Məhkəmədə Türkiyə Respublikası Ali Məhkəməsinin sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

2025-ci ilin 7 iyul tarixində ölkəmizdə səfərdə olan TürkiyəRespublikası Ali Məhkəməsinin (Yargıtay) sədr müavini Adem Albayrakvə 2-ci Hüquq Dairəsinin üzvləri ilə Azərbaycan Respublikasının AliMəhkəməsində görüş keçirilib.

Bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.

Görüşdə çıxış edən Ali Məhkəmənin sədri İnam Kərimov qonaqlarısalamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunubildirib. Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğukimi, məhkəmə sahəsində də əlaqələrin inkişaf etdiyi vurğulanıb.Qeyd edilib ki, məhkəmə sistemlərinin təcrübə mübadiləsi hüquqiislahatlara töhfə verir, məhkəmə fəaliyyətinin səmərəliliyini dahada artırır.

Həmçinin məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsi,müasir idarəçilik və ədalət mühakiməsinin şəffaf təşkili sahəsindəqarşılıqlı təcrübənin öyrənilməsinin əhəmiyyəti diqqətəçatdırılıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən AdemAlbayrak isə çıxışında bildirib ki, Azərbaycan və Türkiyə arasındamünasibətlər yalnız siyasi və mədəni sahədə deyil, hüquqiəməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır. Vurğulanıb ki,son illərdə məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycanınəldə etdiyi uğurlar diqqətəlayiqdir və bu sahədə Türkiyənin dədəstəyi və təcrübəsi hər zaman açıqdır. Bu cür görüşlərinhüquqşünaslar arasında birbaşa əlaqələrin qurulmasına şəraityaratdığı xüsusi qeyd edilib.

Daha sonra “Mənəvi zərərin ödənilməsi barədə Türkiyəqanunvericiliyinin tətbiqi üzrə məhkəmə təcrübəsinin öyrənilməsi”mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə hər iki ölkədənolan hüquqşünas və hakimlər arasında fikir mübadiləsi aparılıb,konkret məhkəmə presedentləri üzərində təhlillər verilib.Müzakirələr zamanı mənəvi zərərin qiymətləndirilməsi,kompensasiyanın miqdarı, hüquqi əsaslandırmalar və ictimai ədalətprinsipləri baxımından yanaşmalar müqayisə edilib.

Tədbirin sonunda tərəflər belə görüşlərin davam etdirilməsininvacibliyini vurğulayıb və qarşılıqlı əlaqələrin daha dadərinləşdirilməsi istiqamətində konkret təşəbbüslərin hazırlanmasıbarədə razılığa gəliblər.

Ali
Ali
Ali
Ali
Ali
Ali
Məqalədə:
Seçilən
0
14
az.trend.az

10Mənbələr